Tramp həyatına ikinci cəhdin səbəbini açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 20:39 16.09.2024

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, hazırkı Amerika lideri Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrisin ritorikası 58 yaşlı Rayan Uesli Routu onun həyatına qəsd etməyə sövq edib.

İnformator.az xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

"O, Bayden və Harrisin ritorikasına inandı və buna uyğun hərəkət etdi" dedi keçmiş Respublikaçı prezident.

Trampın sözlərinə görə, Harris və Baydenin “demokratiya üçün təhdiddir” ifadələri xüsusilə ikinci cəhdə səbəb olub.

Bundan əvvəl Trampa sui-qəsdin təfərrüatları məlum olub. Məlum olub ki, hücum edən şəxs Ukraynanın qızğın tərəfdarıdır və ABŞ vətəndaşlarını könüllü olaraq Ukrayna Xarici Legionuna qoşulmağa təşviq edib.