BMT İsrailin Livana hücumundan sonra "bölgə fəlakət astanasındadır" xəbərdarlığını edib

Bölmə: Dünya › ,
Tarix: 23:37 20.09.2024

Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanda gərginliyin artmasından dərin narahat olduqlarını ifadə edərək, "Bölgə fəlakətin astanasındadır" deyib. 

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Beyrut və Mavi Xəttdə gərginliyin artmasından dərin narahat olduqlarını qeyd edən Dujarrik bütün tərəfləri mötədilliyə çağırıb.

Düjarrik "Bölgə fəlakətin astanasındadır" deyərək bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə çağırıb.

BMT-nin Livan üzrə Müvəqqəti İşçi Qrupunun (UNIFIL) çox çətin şərtlər altında üzərinə düşən vəzifəni yerinə yetirməyə davam etdiyini bildirən Düjarrik, komandaların gərginliyi azaltmaq və münaqişənin sona çatmasını təmin etmək üçün səy göstərdiklərini bildirib.

Livanın Səhiyyə Nazirliyi, İsrail ordusunun bu gün paytaxt Beyrutun cənubunda həyata keçirdiyi hava hücumunda ilkin təsbitlərə görə 8 nəfərin öldüyünü, 59 nəfərin yaralandığını açıqlayıb.