Budapeşt su altındadır!

Bölmə: Dünya › ,
Tarix: 23:44 20.09.2024

Macarıstanın paytaxtı Budapeştdəki tarixi parlament binası Avropada leysan yağışların yaratdığı seldən zərər çəkib.

AA-nın xəbərinə görə, sosial mediada paylaşılan görüntülərdə Budapeştdən keçən Dunay çayının daşdığı və tarixi Macarıstan Parlament Binasının girişini su basdığı ​​görülüb.

Güclü yağışlar nəticəsində daşmış Dunay çayının debisinin sabah ən yüksək həddə çatacağı gözlənilir.

Güclü yağışlar nəticəsində Dunay çayının daşdığı və bunun Slovakiyanın paytaxtı Bratislava da təsirləndiyi bildirilib.

Polşanın cənubunda Nisa Klodzka çayının daşması nəticəsində baş verən daşqın səbəbindən Levin Bjeski qəsəbəsində vətəndaşları təhlükəsizlik qüvvələri təxliyə edib.

Digər tərəfdən Rumıniya, Çexiya, Polşa, Avstriya, Macarıstan, Slovakiya və İtaliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.