Azərbaycanda poçt və kuryer qiymətləri niyə bahalaşıb?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:53 24.09.2024
Azərbaycanda poçt və kuryer xidmətlərinin qiymət haqqı artdı. Bu barədə Dövlət Statistika komitəsi məlumat yayıb. Bildirilib ki, bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0, 4% bahalaşıb.
Bəs qiymət artımının səbəbləri nələrdir?
Bu barədə iqtisadçı Xalid Kərimli "informator.az"a müsahibəsində bildirib ki, poçt və kuryer qiymətlərinin bahalaşmasının səbəbi ümumi inflyasiya prosesləridir".
"Ümumi qiymətlər, daşıma xərcləri artır, işçilərin əməkhaqqısı artmalıdır. Poçt və kuryer qiymətləri ödənişli xidmətlərə, digər nəqliyyat xidmətlərinə baxsaq, bəlkə də ən az artandır. İşçilərin əməkhaqqısını yüksəltmək lazımdır. Şirkət də bunun hamısını satış qiymətlərinə qoymalıdır".
Mehriban Nəsibova
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu