Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:31 01.07.2025

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 153,9 milyon ABŞ dolları təşkil edib.

"İnformator.az" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, bu, iyunun 1-i ilə müqayisədə 0,5% çoxdur.

 

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,8% artıb, son 1 ildə isə 5% azalıb.