Yol hərəkətinin təşkili və təhlükəsizliyi
Bölmə: Sosial › ,Tarix: 19:44 27.12.2024
Yol hərəkətinin təşkili və təhlükəsizliyi vacib proseslərdən biridir. Bu prosesdə nəqliyyat vasitələrinin texniki parametrlərinə görə fərqlənməsi zəruridir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "informator.az"a açıqlamasında bildirib ki, xüsusilə, avtomagistrallara daxil olan nəqliyyat vasitələri hərəkət trayektoriyasını düzgün tənzimləməli və mümkün nasazlıqların aradan qaldırılmasına imkan yaratmalıdır:
"Eyni zamanda, təhlükəli yüklərin daşınmasında xüsusi tanınma imkanları və düzgün qablaşdırma mühüm rol oynayır. Yüklərin təhlükəsizlik qaydalarına uyğun şəkildə bükülməsi vacib amildir. Əks halda təhlükəsizlik qaydalarından danışmaq mümkün olmaz.
Beləliklə, texniki təhlükəsizlik və müvafiq qaydalara riayət etmək yol hərəkəti prosesinin əsas tələblərindən biridir".
Nərgiz Orucova