İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlanıb

Tarix: 00:29 24.05.2025
Pakistan Hava Limanı İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanması qərarını iyunun 24-dək uzadıb.
“İnformator.az” xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Məlumata görə, Hindistan da Pakistana münasibətdə eyni qərarı qəbul edib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər aprelin 22-də Kəşmirdəki məşhur turizm məkanı Pahalqam şəhərində baş verən terror aktından sonra gərginləşib.
Mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.