Musk və Ramaswamy MAGA-nın reaksiyasına səbəb oldu
Bölmə: Dünya › ,Tarix: 20:41 27.12.2024
Elon Musk və Vivek Ramasvaminin yüksək ixtisaslı işçilər üçün viza proqramının genişləndirilməsini müdafiə edən sosial media paylaşımları, yeni seçilmiş prezident Donald Trampın tərəfdarları arasında bu proqramın gələcək administrasiyanın sərt immiqrasiya siyasətinə necə uyğunlaşmalı olduğu ilə bağlı müzakirələrə səbəb olub.
Trampın Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinə rəhbərlik etmək üçün seçdiyi Ramasvami və Musk, texnologiya şirkətlərinin – Muskın sahib olduğu şirkətlər də daxil olmaqla – fəaliyyətini davam etdirmək üçün xarici işçilərə ehtiyac duyduğunu iddia edərək, H-1B vizası ilə çalışan işçilərdən istifadə edən şirkətləri müdafiə edib. Lakin onların bu fikirləri, administrasiyanın immiqrasiyanı məhdudlaşdıracağına və yerli işçi qüvvəsini dəstəkləyəcəyinə ümid edən Trampın ən sədaqətli tərəfdarlarının narazılığına səbəb olub.
Tramp ilk prezidentlik dövründə xarici işçi vizalarına çıxışı məhdudlaşdırmış və keçmiş bəyanatlarında H-1B proqramını hədəf almışdı. Lakin 2024-cü il seçki kampaniyasında, ABŞ universitetlərindən məzun olan bəzi xarici işçilərə hüquqi status verilməsinə açıq olduğunu bildirmişdi.
Musk çərşənbə günü sosial mediada paylaşım edərək, ABŞ texnologiya şirkətlərinin bu gün Amerikada işləyən mühəndislərin “iki qatına” ehtiyacı olduğunu və proqramın faydalarını, dünyadakı ən yaxşı istedadı işə götürən peşəkar idman komandası ilə müqayisə etdiyini bildirib.
Mənbə: CNN
Nuray Qurbanlı