Gənclər Azərbaycan dilində səlist danışmalıdırlar

Bölmə: Sosial › ,
Tarix: 17:34 29.12.2024

"Səsdən könüllərə" Beynəlxalq Kouçluq layihəsinin rəhbəri Əsmər Kərimova dərslərinin iştirakçısı olduğu "ÜTÜ Qrup" un fəaliyyətindən İnformator.az-a bəhs etdi:


" ÜTÜ Qrupu" un təlimlərinə qatılmazdan öncə, "Mən Danışa Bilmirəm 1" Natiqlik Forumunda iştirak etdim və məhz o forumla anladım ki, işinin peşəkarı, beynəlxalq təlimçi ola bilərsən, lakin səhnədən çıxış etmək üçün mütləq peşəkar bir natiq olmalısan. Elə oradaca qərar verərək, Zaur Cahangirovun təlimlərinə qatıldım. Hazırda baş tutan forumda 1 ay ərzində öyrəndiklərimi tətbiq etmək, burada iştirak iştirak məni çox xoşbəxt edir. Təlimlərdə iştirakım mənə çıxışlarımın uğurlu, auditoriyanın diqqətini cəlb edən olmasını və bunun kimi bir çox natiqlik bacarıqlarını qazandırdı".


Sözügedən "Mən Danışa Bilmirəm 2" adlı natiqlik forumunda iştirak edən Beynəlxalq Müsabiqələr laureatı, xanəndə Fərid Əzizli isə tədbirin formatını yüksək qiymətləndirərək, bu tip tədbirlərin baş tutmasını Azərbaycan dilinin inkişafı üçün mühüm addımlar olduğunu qeyd etdi. O, elədata:text/mce-internal,Aytaccə də hər bir şəxsi, xüsusilə də gəncləri doğru, səlis şəkildə Azərbaycan dilində danışmağa, nitqlərində vulqarizm və varvarizmlərdən uzaq durmağa səslədi.

Aytac Kərimova
Banuçiçək Kalbalıyeva