Konqo Demokratik Respublikasında malyariya xəstəliyi ilə bağlı ölüm halları artır

Bölmə: Dünya › ,
Tarix: 20:02 29.12.2024

Konqo Demokratik Respublikasının uzaq bir bölgəsində yayılan sirli xəstəlik ocağını artıq səhiyyə rəsmiləri malyariya ilə ağırlaşan kəskin tənəffüs infeksiyası kimi müəyyən ediblər.

 

 Mövzu ilə bağlı "informator.az"a açıqlamasında həkim professor Adil Qeybulla bildirib ki, malyariya xəstəliyi Afrikada tropik istiqamətdə indiyə qədər geniş yayılmış bir xəstəlikdir:

 

"Malyariya xəstəliyini ağcaqanadlar daşıyır. Bu, tropik malyariyadır. Tropik malyariya bu xəstəliyin ən qorxulu növlərindən biri sayılır. Malyariya plazmoidi bədənə düşəndən sonra bədəndəki qırmızı qan hüceyrələrini, yəni eritrositləri parçalayır. Nəticədə dalaq və qaraciyər böyüyür və temperatur yüksək həddə qalxır. Malyariyanın öz dərmanları var və bu dərmanlar həmin plazmoidləri öldürür. Amma ölüm halları qaçınılmazdır".

 

Həkim sözlərinə görə , Malyariya xəstəliyinin Azərbaycanda yayılacağı və ciddi bir epidemiya halına gələcəyi gözlənilmir:

 

"Amma istənilən halda dünyada baş verən epidemik ocaqlar nəzarətdə saxlanmalıdır. Mümkün qədər epidemiyaya mənsub ölkələrdən gələn vətəndaşlara diqqət edilməlidir. Malyariya ağcaqanad vasitəsilə yayıldığına görə bizim üçün ciddi qorxusu yoxdur",- deyə o bildirib.

 

Aygün Babayeva