Həmrəylikdən yeni arzular və möcüzələrin təcəssümünə...

Bölmə: Sosial › ,
Tarix: 13:07 31.12.2024

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, hər il 31 dekabrda qeyd olunan, Azərbaycanın və dünya miqyasında yaşayan azərbaycanlıların birliyini, həmrəyliyini və milli həmrəyliyi təbliğ edən xüsusi bir gündür. Bu gün, 1989-cu ildə Azərbaycanın müxtəlif bölgələrində və xaricdə yaşayan azərbaycanlıların birlik və həmrəylik nümayiş etdirərək, milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək məqsədilə təsis edilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin ölkənin müstəqillik yolunda əldə etdiyi nailiyyətləri qeyd etmək, Azərbaycan mədəniyyətini təbliğ etmək və dünya azərbaycanlıları arasında əlaqələri gücləndirmək üçün mühüm bir fürsət kimi qəbul olunur. Bu gün, həmçinin Azərbaycan xalqının birliyi və dövlətçiliyi üçün önəmli bir bayramdır.

Artıq dörd ildir ki, Milli Həmrəylik Günü ölkəmizdə daha fərqli, təntənəli qarşılanır. Çünki torpaqlarımızın azad olunması həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Biz tarixi sınaqdan uğurla çıxan birlik. Eyni zamanda bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə qeyd edirik.

Digər tərəfdən, dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər.

Yeni ili bayram etməklə  insanlar hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır. Həmçinin onun yeni arzular və ümidlər gətirdiyinə inanılır.
Dekabrın 31-i gecəsi insanlar bayram süfrəsi ətrafında toplaşır, Yeni ili qeyd edirlər. Yeni il gecəsi süfrəyə müxtəlif yeməklər, salatlar və.s qoyulur. Yeni ildə insanlar bir-birilərinə xoş günlər və sağlamlıq arzulayırlar. Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar qızın yolunu gözləyirlər.
Dünyanın hər yerində  bütün insanlar Yeni ili eyni ümidlərlə-xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləsələr də, hər kəs bayramı öz adət-ənənəsinə uyğun qarşılayır.

Bayramınız mübarək!

Kəmalə Vəliyeva