ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb

Tarix: 09:14 24.05.2025
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı əvvəllər qadağan edilmiş əməliyyatları rəsmi olaraq icazə verən ümumi lisenziya verib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.
Beləliklə, “Syrian Air” aviaşirkəti, “Sytrol” neft şirkəti, Suriya Mərkəzi Bankı, bir neçə neft-qaz şirkəti və digər təşkilatlar sanksiyalardan azad edilib.