Şeyxin bu qərarı Ermənistanda qorxu yaradıb

Tarix: 10:33 24.05.2025
Erməni sosial şəbəkələrində və mediasında Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı aşağılayıcı tonda kampaniya başlayıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin edilməsidir.
Erməni ekspertlər xüsusilə dini liderin belə bir qərarının müsəlman ölkələri arasında dəstəklənməsindən ciddi narahatlıq keçirirlər.
İranşünas, Azərbaycana qarşı nifrəti ilə seçilən Vardan Voskanyan buna qarşı təbliğatında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin “İran və ya İraqın nüfuzlu ayətullahları ilə qətiyyən müqayisə olunmadığını” iddia edib.
QMİ-ni “Stalinin yaratdığı antişiə struktur” adlandıran Voskanyan Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsini “qeyri-qanuni” sayıb.