BDU da növbəti faydalı infosessiya

Tarix: 20:32 28.02.2025
Bu gün yəni 28 fevral BDU tələbələrinin iştirakı ilə Bakı Dövlət Universiteti, xüsusilə, "BDU Könüllüləri" Təşkilatı və AIESEC Azərbaycanın birgə əməkdaşlığı nəticəsində məlumatlandırıcı sessiya baş tutub.
AIESEC dünyanın ən böyük beynəlxalq gənclər təşkilatından biridir və 2007-ci ildən bəri Azərbaycanda fəaliyyətini əhəmiyyətli şəkildə davam etdirir. AIESEC təşkilatının ən önəmli məqsədlərindən biri gənclərin liderlik və sosial bacarıqlarını inkişaf etdirməkdir.
Sessiya ərzində AIESEC-in xaricdə könüllülük və maaşlı təcrübə proqramları ilə bağlı ətraflı məlumatlar verilib. Tədbir zamanı tədbirdə iştirak etdiyim zaman, tələbələr bu tədbirə xüsusi maraqla yanaşdılar, çıxış edən əməkdaşlara yetəri qədər suallar gəldi. Bu da onu göstərir ki, tədbir bəyənilən və lazımlı tədbirlər siyahısına daxil edildi.
Sessiyanı açıq elan edən BDU-nun Humanitar məsələlər və gənclər şöbəsinin müdiri Ramin Səmədov bu sessiyada danışılacaqlar haqqında qısa məlumat verib. Daha sonra isə AIESEC-in Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Lokal Komitə Sədri Nazənin Məmmədli, Marketinq üzrə Koordinator Leyla İsgəndərli, Aşafatma İsazadə çıxış ediblər. Onlar çıxışlarında bu proqramın üstünlükləri, qazanılacaqlar, şərtlər ,müqavilələr və qiymətlər ,üzvlük, göstərdikləri dəstək və s. barədə məlumat veriblər.
Nigar Həsənzadə