Avstraliya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib

Tarix: 23:38 26.07.2025
Avstraliyaya məxsus Makuori adası sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
"İnformator.az"xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Yeni Zelandiyanın Danidin şəhərindən təxminən 1 578 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.