Diabet iynələri arıqlamaq üçün təhlükəsizdirmi?-Həkim xəbərdarlıq edir

Bölmə: Sosial › ,
Tarix: 20:46 28.02.2025

Diabet xəstələri üçün həkim məsləhəti ilə istifadə olunan iynələr arıqlama iynələri adı altında məhşurlaşıb. Bunlardan biri də "Ozompic" adlı preparatdır. Endokrinoloq Lalə Şamxalova "informator.az"a açıqlamasında bildirib ki, bu preparatlar nəzarətsiz istifadə edildikdə tiroid xərçəngi, pankreatit və digər ağır fəsadlara səbəb ola bilər:

 

"Piylənmə bütün dünyada pandemiya halını almış bir vəziyyətdədir. Dünya üzrə bu say 650 milyona yaxındır. Piylənmənin müalicəsində əksəriyyəti orqanizmə zərərli olan saysız metodlar var. Təəssüf edirəm ki, bunların içərisində şəkərli diabet xəstəliyinin müalicəsində istifadə etdiyimiz- GLP-1 analoqlarından olan Semaglutid(Ozempic) molukulasıdır. İynənin iş mexanizmi:
Yeməkdən sonra İnsulin ifrazının artmasına nəzarət edir; uzun müddət toxluq hissi yaradır; xolesterin nəticələrini normallaşdırır; mədə hərəkətini azaldır; insulin dirəncinə azaldır; Şəkərli diabet xəstəliyinin müalicəsində qlikemik göstəriciləri yaxşılaşdır; çəki itkisinə səbəb olur.

 

İynənin istifadəsi təhlükəlidirmi?

 

Yan təsirləri: kəskin baş ağrıları, baş gicəllənmə, ürəkbulanma(qusma), arterial təzyiqin ani düşməsi və yüksəlməsi, iynəni istifadə edib aktivlik etməyənlərdə güclü əzələ ağrıları və halsızlıq, nadirdə olsa alergik reaksiya

 

Endokrinoloqla niyə məsləhətləşmək lazımdır?!

 

Tiroid xərçəng riski(ailəsində və özündə bu diaqnozun olması); Hamilə və süd vermə dövründə istifadəsi olmaz; yaranmış şiddətli qarın ağrısı Pankreasın iltihabını düşündürməlidir; Öd daşının əmələ gəlməsi və ya öd kisəsində daş olduğu halda yarana biləcək öd daşı sancılarının kəskinləşməsi".


Mehriban Nəsibova