Dəm qazından zəhərlənmə halları

Bölmə: Sosial › ,
Tarix: 22:39 04.03.2025

Dəm qazından zəhərlənmə və boğulma halları demək olar hər mövsümün, əsasən də qış mövsümünün aktual mövzularındandır.

 

 Bu mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev "informator.az"a açıqlamasında bildirib ki, qış mövsümünün gəlişi ilə əlaqədar olaraq dəm qazından zəhərlənmə hallarının artımı müşahidə olunmaqdadır:

 

"Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydaları və təhlükəsizlik tədbirləri görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otağlarında qeydə alınır. Buna görə də ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yol verilməzdir. Belə ki mövcud qaydaların tələblərinə görə qazla işləyən isidici qurğular yalnız mətbəx otağlarında quraşdırılmalıdır. Vanna otağlarında yalnız elektriklə işləyən su qızdırıcıların quraşdırılmasına icazə verilir. Bundan əlavə olaraq qazla işləyən su qızdırıcıların istismarı zamanı həmin otaqda mütləq münbit şərait olunmalıdır. Yəni havalandırılma təşkil olunmalıdır. Süni havalandırma və ya təbii havalandırma. Vanna otaqlarında tüstü bacalarının təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum 2.2 metrdən daha yuxarı olmalıdır. Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bəzi hallarda pəncərələr ləğv olunur və yaxud daşla hörülür. Yəni qaz cihazları yerləşən otaqlarda bu hallar yol verilməzdir. Dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz detektorları hesab olunur. Qaz detektorlarının quraşdırılması Avropa ölkələrində geniş miqyas alıb. Orda bu detektorlarının quraşdırılması ilə məşğul olan lisenziyalaşdırılan şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki qaz detektorlarının quraşdırılması ilə bağlı hələ də effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir kəs özü üçün müəyyən satış məntəqələrində qaz detektorlarından istifadə edə bilər".

 

Nigar Həsənzadə