Hazır sousların sağlamlığa təsiri

Bölmə: Sosial › ,
Tarix: 21:42 05.03.2025

Müasir qidalanma vərdişlərində souslar əvəzolunmaz məhsullardan birinə çevrilib. Onlar yeməklərə xüsusi dad verir və "fast food"un ayrılmaz hissəsi sayılır. Lakin hazır sousların tərkibindəki yüksək duz, şəkər və müxtəlif konservantlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

 

Məsələ ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, nəzərə alsaq ki, hazır souslardan çox istifadə etmək ümumiyyətlə tövsiyə olunan deyil, çünki onun tərkibində həddindən artıq duz istifadə olunur:

 

"Bu gün Azərbaycanda eləcə də dünyada bir çox insanlar qida qəbul edərkən dadlandırıcı kimi və yaxud da yeməyin yanında köməkçi, iştahaçıcı vasitələr kimi hazır souslardan çox istifadə edirik. Nəzərə alsaq ki, istər fast food qidalarında istər hazırlanmış təbii qidaların yanında bu kimi souslardan istifadə olunur və nəzərə alsaq ki, hazır souslardan çox istifadə etmək ümumiyyətlə tövsiyə olunan deyil, çünki onun tərkibində həddindən artıq çox orqanizmə lazım olduğundan çox duz istifadə olunur. Eyni zamanda tərkibində şəkər və trans yağlar həddindən artıq çoxdur. Xüsusilə uzun müddət qalması xarab olmaması üçün konservantlardan əlavə kimyəvi maddələrdən istifadə olunur və bir çox hallarda dadlandırıcı kimi də kimyəvi maddələrdən istifadə olunur. Eyni zamanda sintetik mənşəli natrium glutomatdan istifadə olunur ki ,bu da insanlarda həmin qidaya asılılıq yaradır və ağızda kimyəvi dad reseptorunun pozulmasına gətirib çıxardır. Qida qəbul edən insanlar yalnız və yalnız bu dadı o sous olaraq onunla yeməkdən zövq alırlar və tərkibindəki bu kimyəvi maddələrin çox olması insanlarda allergik reaksiyalarla yanaşı eyni zamanda hüceyrələrin zədələnməsinə gətirib çıxardır. Mədə-bağırsaq problemlərinə gətirib çıxarda bilir və yüksək miqdarda duzun olması və şəkərin, trans yağların olması qan təzyiqinin yaranmasına, xüsusilə də yüksək qan təzyiqinin yaranmasına ürək-damar xəstəliklərinə səbəb olur ki, ona görə hazır souslardan çox istifadə etmək tövsiyə olunmur".

 

 Mütəxəssis təbii olaraq sous hazırlamağın müxtəlif formalarını da vurğulayıb:

 

"Amma təbii olaraq dadlandırıcı kimi hazırlamaq üçün: zeytun yağından , limon suyundan eyni zamanda təzə yerli mövsümi göyərtilərdən istifadə etməklə, göyərti qurularından istifadə edərək təbii dadlandırıcı souslar hazırlamaq olar. Bəzən olur ki, sirkələrlə də xüsusilə alma sirkəsi ilə çox gözəl sous hazırlamaq olar. Burada da bildiyimiz kimi təbii himalay duzundan az miqdarda istifadə edərək və eyni zamanda yenə də dadlandırıcı kimi soğan, sarımsaqdan ,onların əzmələrindən istifadə etməklə hazırlamaq olar. Bununla daha sağlam və eyni zamanda orqanizmə zərər verməyən, əksinə faydalı olan, vitamin, mineral, antioksidantlarla zəngin qida vasitələri ola bilər".

 

Aytac Mustafayeva



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.