Baş Qərargah rəisləri Ukrayna və Avropanın təhlükəsizliyini müzakirə ediblər

Tarix: 14:58 12.03.2025
Fransanın ev sahibliyi etdiyi Paris Müdafiə və Təhlükəsizlik Forumu çərçivəsində bir araya gələn 37 ölkənin Baş Qərargah rəisləri və ya onların nümayəndələri Ukrayna və Avropa qitəsinin təhlükəsizliyini müzakirə ediblər.
Görüşdə davamlı sülh və uzunmüddətli təhlükəsizlik üçün konkret təkliflər irəli sürülüb.
Bəyanatda bildirilib ki, 37 ölkənin Baş Qərargah rəisləri və ya onların nümayəndələri görüşün nəticələrini öz siyasi hakimiyyətləri ilə bölüşəcəklər, daha sonra gələn həftədən etibarən danışıqları davam etdirmək istəyən ölkələrin Baş Qərargah rəisləri ilə yeni iclas keçiriləcək.
Mənbə: CNN Türk
Nərmin Həşimova