Bakıda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bölmə: Hadisə › ,Tarix: 13:37 11.11.2015
Bakı şəhər sakini Vüsal Cəlilovdan 39 ədəd saxta 20 manatlıq əskinas götürülüb.
Daxili işlər nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Cəlilovdan saxta əskinas götürülüb.
Onun Nizami rayonu ərazisində kirayədə yaşasığı mənzilə baxış zamanı 1 ədəd “HP” markalı rəngli printer aşkar edilərək götürülüb.