“Azərbaycanın D8 təşkilatına daxil olması, Azərbaycana dividendlər qazandıracaq” -ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:55 24.12.2024
“Azərbaycanın D8 qrupuna qatılması ilə təşkilat daha da gücləndi".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sədrliyi ilə keçirilən Nazirlər Kabineti iclasından sonra mətbuata açıqlamasında bildirib.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “informator.az” a açıqlamasında bildirib ki, D8 təşkilatına üzv olan ölkələr böyük bir coğrafiyanı əhatə edir:
“Bu ölkələrin iqtisadi potensialı çox yüksəkdir. Azərbaycanın bu təşkilata daxil olması, Azərbaycana dividendlər qazandıracaq. Azərbaycan özü də bu təşkilata dividendlər qazandıracaq. İqtisadi, siyasi əlaqələrin gücləndirməsi baxımdan D8 təşkilatı uğurlu platformadır. Azərbaycan müxtəlif platformalarda təmsil olunur. Azərbaycanın beynəlxalq təcrübəsi yüksəkdir. Qoşulmama hərəkatı kimi böyük bir təşkilatda sədrlik edən ölkədir. Ona görə də Azərbaycanın təcrübəsi yüksəkdir. Azərbaycanın D8 təşkilatına üzv olması, 2024-cü ildə ən yadda qalan uğurlarından biridir”.
Kəmalə Vəliyeva