Fitoterapiyanın qaranlıq tərəfi

Tarix: 21:41 12.03.2025
Akademik təbabətdə bir çox terapiya üsulları mövcuddur və bu üsullardan biri də bitki mənşəli dərmanlarla müalicə, yəni fitoterapiyadır. Fitoterapiya, dünyanın müxtəlif ölkələrində geniş yayılmış və tətbiq olunan bir müalicə metodudur. Bu sahə ilə xüsusi olaraq məşğul olan həkimlər və mütəxəssislər mövcud olsa da, yalnız tibb təhsili almış şəxslər deyil, ümumiyyətlə bu sahəyə maraq göstərən və bitki dərmanları ilə məşğul olan bir çox insan da vardır.
Mövzu ilə bağlı Həkim Şahvələd Məmmədov "informator.az"a bildirib ki, fitoterapiyanın tətbiqi hər zaman uğurlu olmur:
"Bəzi xəstəliklər üçün konkret və ixtisaslaşmış müalicə üsulları tələb olunur ki, bu zaman bitki mənşəli dərmanlar bəzən effektiv olmaya bilər. Məsələn: iltihab əleyhinə və ya antivirus dərmanları təyin edilmədən yalnız bitki mənşəli müalicə üsulları ilə müalicə tətbiq edildikdə, istənilən nəticə alınmaya bilər. Akademik təbabətdə, bir xəstəliyin müalicəsi üçün müvafiq dərmanların, məsələn, antibakterial, antiviral və ya antimikrob dərmanlarının təyin olunması vacibdir və fitoterapiya bu müalicələrin yerini tutmamalıdır.
Bundan başqa, bitki mənşəli dərmanların istifadə müddəti və dozası böyük əhəmiyyət kəsb edir. Hər bir bitki mənşəli məhsulun tərkibində fərqli maddələr olduğuna görə, onların uzun müddət istifadəsi bəzən təhlükəli ola bilər. Ənənəvi dərmanlardan fərqli olaraq, bitki mənşəli dərmanların bəziləri uzun müddətli təyinatı tələb edə bilər, ancaq bu, müəyyən qaydalara riayət edilmədən edilərsə, sağlamlıq baxımından təhlükəli ola bilər".
Ekspert qeyd edib ki, yaxınlarda zəncəfilin yüksək dozada istifadəsindən sonra bir şəxsin ciddi nəticələrlə üzləşdiyinin şahidi olduq:
“Bu bitki mənşəli məhsulların həddindən artıq qəbulunun nə qədər təhlükəli ola biləcəyinə dair ciddi bir xəbərdarlıqdır. Hər hansı bir bitki mənşəli dərman qəbul edildikdə, onun dozası mütləq tibb mütəxəssisi tərəfindən təyin edilməli və istifadəsi diqqətlə nəzarət altında olmalıdır. Yüksək miqdarda qəbul edilməməli və uyğun dövrə uyğun olaraq istifadə edilməlidir".
Çinarə Tarverdiyeva

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.