SOCAR "Emerson Electric Co." ilə bərpaolunan enerji layihələrində əməkdaşlığı müzakirə edib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:48 23.07.2025

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin “Emerson Electric Co." şirkəti ilə bərpaolunan enerji layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib.


"İnformator.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

 

Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə keçirilən görüşdə baş tutub.


Görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, ağıllı monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib. Söhbət zamanı həmçinin, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.