Gəncədə müqavimət göstərmək istəyən şəxsi polis tabe silahı ilə yaralayıb

Bölmə: Hadisə › ,
Tarix: 20:34 23.07.2025

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.

 

Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.