Matviyenko Azərbaycanda

Tarix: 17:37 17.03.2025
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti martın 16-da Azərbaycana gəlib.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Valentina Matviyenko son zamanda həm Türkiyə səfəri ilə, həm də ölkədaxili açıqlamaları ilə sanki yeni bir vəzifəyə hazırlandırılıb:
“Bu vəzifədə özünü doğrultmaq üçün Azərbaycanla Rusiya arasında münasibətləri bərpa etmək kimi missiyanı öz üzərinə götürmüş ola bilər. Əlbəttə mətbuata müəyyən açıqlamalar veriləcək ki, səfər zamanı iqtisadi, mədəni, siyasi əlaqələr möhkəmləndirildi, ticarət həcmi artırıldı və s. Amma, fikirimcə, pərdə arxasında Matviyenkonun Azərbaycana gəlişinin səbəbi 1-ci Vitse-Prezident Mehriban Əliyeva ilə görüşlər keçirmək, qəzaya uğrayan AZAL təyyarəsində həlak olanların təzminat problemlərini həll etmək, Rusiya-Azərbaycan arasında soyuqluğu aradan qaldırmaq, Azərbaycanın Rusiyadan tələb etdiyi "İsgəndər-M" ballistik raketinin mənbəyinin, mənşəyinin açıqlanması və s-dir. Səfərin əsas məqsədi isə Rusiya-Azərbaycan arasındakı münasibətlərini 2022-ci ilin fevral ayında imzalanmış Moskva müqaviləsi səviyyəsinə qaldırmaqdır".
Billurə Quliyeva