Azərbaycandan Gürcüstana təcili dəstək

Tarix: 15:12 19.04.2025
Gürcüstanda elektrik enerjisi kəsilib.
“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib. Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.
Əldə etdiyimiz məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib.Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. “AzərEerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.