Cənubi Koreya və Ukrayna dövlətləri arasında müzakirə olub

Bölmə: Siyasət › ,
Tarix: 21:10 17.03.2025

Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Ukraynanın xarici işlər naziri Andrii Sybiha Rusiya-Ukrayna müharibəsində əsir düşən Şimali Koreya əsgərlərinin vətənə qaytarılması məsələsini müzakirə ediblər.

 

Yonhap xəbərinə görə, Cənubi Koreya Xarici İşlər Nazirliyi Ço və Sybiha arasında telefon danışığı olduğunu açıqlayıb.

Ço və Sybiha Ukraynanın əsir götürdüyü iki Şimali Koreyalı hərbi əsirlərin vətənə qaytarılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Ço Sybiha-ya verdiyi açıqlamada iki əsgərin ölkəsinin konstitusiyasına görə Cənubi Koreya vətəndaşı olduğunu və bu niyyətlərini bildirdikləri təqdirdə əsgərlərin ölkəyə qəbul ediləcəyini bildirib.

 

 

Şimali Koreyanın 2024-cü ildə Rusiyanın qərb cəbhəsindəki Kursk bölgəsinə təxminən 11 min əsgər yerləşdirəcəyi iddia edilir.

 

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Rusiya tərəfində Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərindən 300-nün öldüyü, 2700-ə yaxınının isə yaralandığı barədə kəşfiyyat hesabatını paylaşıb.

 

Mənbə: TRT Haber

Çimnaz Telmanqızı