Nərimanov rayonunda qəza piyadanın həyatına son qoydu

Bölmə: Hadisə › ,
Tarix: 15:03 12.11.2015

Axşam saat 02 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini Emil Həsənli idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Yaqub Qasımovu vurub.

Daxili İşlər nazirliyindən İnformator-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş Y.Qasımov orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.