Azərbaycanda inflyasiya artır-Bahalaşmanın səbəbləri və gözləntilər

Tarix: 23:14 21.03.2025
Son zamanlar qiymətlər bahalaşır, eyni məbləğə alınan məhsul və xidmətlərin miqdarı azalır. Bu da inflyasiya problemini daha da aktuallaşdırır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "informator.az"a açıqlama verib. O bildirib ki, inflyasiyanın artmasına həm daxili, həm də xarici səbəblər təsir edir:
"Daxili amillər bunlardır:
1. Tarif Şurasının qiymət artıran qərarları. Məsələn, ötən il dizel və benzin yanacağının qiymətini artırdı, həmçinin avtobus və metro tariflərini yüksəltdi.
2. Minimal əmək haqqının artması və ölkədə orta aylıq əmək haqqının 8% yüksəlməsi sahibkarların xərclərini artırır.
3. İdxalla bağlı amillər: Əsasən qonşu dövlətlərdən idxal olunur. Türkiyə, İran və Rusiyada ciddi inflyasiya var və bu da qiymətlərə təsir göstərir.
4. Daşıma xərclərinin artması: Qırmızı dənizdə və Bəndər-Abbasda baş verən hadisələr ümumi daşıma xərclərinin yüksəlməsinə səbəb olub".
İqtisadçının sözlərinə görə, inflyasiyanı azaltmaq üçün Mərkəzi Bankın müəyyən etdiyi hədəf 2-6% aralığındadır:
"Hazırda inflyasiya 5,7%-dir və bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi inflyasiya hədəfinin yuxarı həddinə uyğundur.
Mərkəzi Bank manatı sabit saxlayır, manatın məzənnəsini qoruyur, depozit və kredit faizlərini artıraraq inflyasiyanı nəzarət altına almağa çalışır".
Türkan Kərimli
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib