Beynəlxalq səyyahlar Cəbrayıl rayonunda minatəmizləmə prosesi ilə tanış olublar

Bölmə: Sosial › ,
Tarix: 11:12 12.07.2025

Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndə heyəti Cəbrayıl rayonunun Mehdili kəndində olublar.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki , səfər iştirakçıları ərazidə aparılan minatəmizləmə işlərinin gedişi ilə tanış olublar.

 

Onlara Ermənistanın işğalından sonra qalan mina təhlükəsinin miqyası, o cümlədən istehkamçıların fəaliyyəti və ərazinin partlayıcı obyektlərdən təmizlənməsi üçün istifadə olunan müasir texnologiyalar barədə məlumat verilib.