Həmas Təl-Əvivə raket atıb-İsrail müdafiə edib

Bölmə: Siyasət › ,
Tarix: 00:16 22.03.2025

Həmas, İsrailin Qəzzədə hərbi əməliyyatlara yenidən başlamasından sonra ilk dəfə Təl-Əviv istiqamətinə üç raket atdığını açıqlayıb.

 

İsrail ordusunun məlumatına görə, raketlərdən biri hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib, digərləri isə yaşayış olmayan ərazilərə düşüb.

 

Qəzzə Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, İsrailin 18 martda hücumlarını bərpa etməsindən bu yana ən azı 591 nəfər həlak olub. Ölənlər arasında 200-dən çox uşaq olduğu bildirilir.

 

İsrail ordusu 20 martda Misir sərhədində yerləşən Rəfah bölgəsində quru əməliyyatlarına başladığını elan edib.

 

Açıqlamada, İsrail qoşunlarının Qəzzənin şimal və mərkəzi bölgələrində də quru əməliyyatlarını davam etdirdiyi qeyd olunub.

 

Mənbə: BBC News

Türkan Kərimli