"Nəzərdən keçirə bilər"

Bölmə: Siyasət › ,
Tarix: 17:52 05.07.2025

Moskva Səudiyyə Ərəbistanını Rusiya və ABŞ arasında yeni danışıqlar üçün platforma kimi nəzərdən keçirməyə hazırdır. Bunu Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov Səudiyyə Ərəbistanının XİN başçısı Feysal bin Farhan Al Səud ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz bu platformanı fevralda etdiyimiz kimi nəzərdən keçirməyə hazırıq. O zaman ABŞ nümayəndə heyəti ilə görüş amerikalı həmkarlarımızın təklifi ilə baş tutub. Düşünürəm ki, həm biz, həm də amerikalılar özlərini son dərəcə rahat hiss edirdilər", - o vurğulayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, bir çox dövlətlər vasitəçi olmağa çalışıb:

 

“Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə beynəlxalq əlaqələr də müsbətdir. Ancaq bu, iki tərəfin vasitəçiliyinə təsir edəcək əlaqə deyil. İki böyük dövlətin nümayəndələri Səudiyyə Ərəbistanını vasitəçi kimi seçibsə, bu, Səudiyyə Ərəbistan üçün beynəlxalq əlaqələr baxımından müsbət haldır. Müharibə dönəmində hər bir şeylə təminat ediblər.

Rusiya-Ukrayna konflikti hələ də davam edir və bu konfliktdə Rusiyaya qarşı çıxış etdiyi halda, ABŞ-nin Rusiya ilə görüş təşkil etməsi bu görüşdə müsbət məqamların qeydə alınmasına səbəb olacaq. Bu görüş, həmçinin Qərb ölkələrinin əleyhinə də ola bilər".

 

Aygün Babayeva