Beynində zehni oxuyan çip olan adam - Elon Musk sayəsində

Bölmə: Maraqlı › ,
Tarix: 16:38 23.03.2025

 

Beyninizdə düşüncələrinizi kompüter əmrlərinə çevirə bilən bir çipin olması elmi fantastika kimi səslənə bilər - lakin Noland Arbaugh üçün bu reallıqdır.

 

2024-cü ilin yanvarında - iflic olduqdan səkkiz il sonra - 30 yaşlı ABŞ-nin Neuralink neyrotexnologiya firmasından belə bir cihaz alan ilk şəxs olub.

 

Bu, ilk belə çip deyildi - bir ovuc başqa şirkətlər də onları inkişaf etdirib implantasiya ediblər - lakin Nolandın çipi qaçılmaz olaraq Neuralink-in qurucusu İlon Maska görə daha çox diqqəti cəlb edib.

 

Lakin Noland deyib ki, vacib olan nə onun, nə də Maskın - elmdir. O, BBC-yə etdiyi işin risklərini bildiyini söyləyib amma "yaxşı və ya pis, nə olursa olsun, kömək edərdim".

 

"Əgər hər şey yoluna düşsəydi, mən Neuralink-in iştirakçısı olmağa kömək edə bilərdim",- deyib.

 

“Əgər dəhşətli bir şey baş versə, bilirdim ki, bundan dərs alacaqlar”.

 

“Nəzarət yoxdur, məxfilik yoxdur”

Arizonadan olan Noland 2016-cı ildə dalğıc qəzasında çiyinlərindən aşağı iflic olub.

 

Zədələri o qədər ağır idi ki, yenidən oxuya bilməyəcək, işləyə bilməyəcək və hətta oyun oynaya bilməyəcəyindən qorxub. "Sadəcə nəzarətiniz yoxdur, məxfiliyiniz yoxdur və bu çətindir",- deyib.

 

"Hər şeydə başqa insanlara güvənməli olduğunu öyrənməlisən”. Neuralink çipi ona kompüteri ağlı ilə idarə etməyə imkan verməklə əvvəlki müstəqilliyinin bir hissəsini bərpa etməyə çalışır.

 

Bu, beyin kompüter interfeysi (BCI) kimi tanınır - bu, insanlar hərəkət etmək barədə düşünən zaman yaranan kiçik elektrik impulslarını aşkar etməklə və onları rəqəmsal əmrə çevirməklə, məsələn, kursoru ekranda hərəkət etdirməklə işləyir.

 

BBC

Nəzrin Məmmədova