"Moskva sülh sazişinin bağlanmasını uzada bilər"

Bölmə: Siyasət › ,
Tarix: 10:05 26.03.2025

ABŞ Prezidenti Donald Tramp əmindir ki, Rusiya Ukraynadakı münaqişənin həllini istəyir. Lakin o, Moskvanın sülh sazişinin bağlanmasını uzatmaq niyyətində ola biləcəyini də istisna etmir.

 

“Məncə, Rusiya buna son qoymaq istəyir, amma bəlkə də vaxtı uzadırlar... Mən əmin deyiləm. Lakin düşünürəm ki, Rusiya bu münaqişənin sona çatmasını istəyir və mən düşünürəm ki, Zelenski də bu münaqişənin bitməsini istəyir”, - deyə Tramp Newsmax ilə müsahibəsində bildirib.

 

Dünən, yəni 25 martda Ağ Evdə bildirilib ki, Moskva və Kiyev arasında Qara dənizdə təhlükəsiz gəmiçilik barədə razılığa gəlinib. Bu qərar 24 martda Ər-Riyada Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü nəticəsində qəbul edilib.

 

Kreml isə dəqiqləşdirib ki, razılaşma yalnız Rusiyaya qarşı bəzi sanksiyalar ləğv edildikdən sonra qüvvəyə minəcək, o cümlədən beynəlxalq ərzaq ticarətində iştirak edən maliyyə təşkilatlarına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. ABŞ, Rusiyanın dünya bazarına çıxışını bərpa etməsinə kömək edəcəyini vəd edib.

 

Mənbə : Caliber

Aytən Ağazadə