Suraxanıda ruhi xəstə nazirliyi hərəkətə keçirdi
Bölmə: Hadisə › ,Tarix: 10:16 14.11.2015
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər ruhi xəstə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
İnformator xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıb və vətəndaşı aidiyyatı üzrə təhvil verib.
Əməliyyat saat 02:06-da başa çatıb.