Uludağda oteldə yanğın! -Ölənlər və yaralananlar var

Tarix: 17:01 27.03.2025
Uludağda bir oteldə yanğın baş verib. Əraziyə yanğınsöndürənlər göndərilib. Dörd mehmanxana işçisi xilas edilib, bir nəfər ölüb.
Yanğın səhər saat 06:00 radələrində Kervansaray Otelində baş verib. Otelin yeməkxanasında başlayan yanğın bütün otelə yayılıb və yanğınsöndürən qrupların iki saatlıq müdaxiləsindən sonra söndürülüb. İçəridə olan on iki otel işçisindən doqquzu çıxarkən bir nəfər dünyasını dəyişib. Tüstüdən zərər çəkən dörd otel işçisi xəstəxanaya aparılıb.
Bursa Böyükşəhər Bələdiyyəsinin açıqlamasında bildirilir:
"Yanğınsöndürmə idarəmiz, şəhərimizdə Uludağ Otellər Bölgəsində yerləşən bir otelin yeməkxanasında bu gün (27 mart 2025-ci il, cümə axşamı) səhər saatlarında baş verən yanğına, bölmələrimizə saat 05:29-da daxil olan xəbərdarlığa əsasən üç dəqiqə ərzində 62 nəfərin iştirakı ilə müdaxilə edib. Polis və digər hüquq-mühafizə orqanları ilə koordinasiya edilərək yanğın nəzarət altına alınıb. İlkin təsbitlərə görə, bir can itkisi və dörd nəfərin yaralandığı yanğının soyutma işləri davam edir. Həyatını itirən vətəndaşımıza Allahdan rəhmət, yaxınlarına səbir, yanğından zərər çəkən vətəndaşlarımıza isə tezliklə şəfa diləyirik".
Mənbə: Haber Global
Aytən Ağazadə