Xarici ticarətdə ixrac azaldı, idxal artdı!

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:16 27.03.2025

Türkiyə Statistika Təşkilatı (TÜİK) və Ticarət Nazirliyi ilə birgə hazırlanan 2025-ci ilin fevral ayı üçün müvəqqəti xarici ticarət məlumatları açıqlanıb.

 

Açıqlanan məlumatlara görə, ixrac keçən ilin eyni ayına görə 1,6% azalaraq 20 milyard 761 milyon dollara çatıb. İdxal isə eyni dövrdə 2,4% artaraq 28 milyard 533 milyon dollara çatıb.

 

Türkiyənin fevral ayında ixracı əvvəlki ilin eyni ayına görə 1,6% azalaraq 20 milyard 761 milyon dollara, idxalı isə 2,4% artaraq 28 milyard 533 milyon dollara çatıb.

 

Xarici ticarət kəsiri fevral ayında əvvəlki ilin eyni ayına görə 14,8% artaraq 7 milyard 771 milyon dollara çatdı. İxrac-idxalın əhatə dairəsi 2024-cü ilin fevral ayında 75,7%-ikən, keçən ay 72,8%-ə düşüb.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı