Ukrayna Moskvada zavoda PUA-larla zərbə endirib

Bölmə: Dünya › ,
Tarix: 23:55 06.06.2025

Ukrayna PUA-ları Rusiyanın Moskva vilayətinin Dubna şəhərində yerləşən yeni Kronştadt zavoduna hücum edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Defens Ekspress” nəşri məlumat yayıb.

 

Bildirilib ki, Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri müəssisəyə xeyli ziyan vurub.


Nəşr xatırladıb ki, Kronştadt zavoduna hücum mayın 28-də həyata keçirilib. Bu müəssisədə ruslar “Orion” və “Banderol” dron raketlərini istehsal edirlər.