Ukrayna yenə Rusiya aerodromlarını vurub

Tarix: 09:41 07.06.2025
İyunun 6-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayılıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki “Engels” aerodromuna, eləcə də aviatankerlərin və müşayiət edən qırıcıların havaya qalxdığı Ryazan vilayətindəki “Dyaqilevo” aerodromuna zərbələr endirilib.