Yunanıstana qaçmağa çalışan terrorçu həbs edildi

Bölmə: Hadisə › ,
Tarix: 20:45 28.03.2025

Yunanıstana qaçmağa çalışan PKK terrorçusu Ədirnədə saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri terror təşkilatı PKK üzvü olduğu müəyyən edilən B.E.-ni qadağan olunmuş hərbi bölgədə keçirdikləri əməliyyat zamanı Yunanıstana keçmək istəyərkən yaxalayıb.

 

“Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olan şübhəlinin barəsində jandarm əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva