Alman şirkətinin sınaq raketi havada partlayıb

Bölmə: Hadisə › ,
Tarix: 19:47 30.03.2025

Avropanın peyk buraxma qabiliyyətini artırmaq məqsədi daşıyan sınaq raketi Norveçin Andoya kosmosundan havaya qalxdıqdan az sonra havada partlayıb.

 

Alman startap şirkəti Isar Aerospace vasitəsilə hazırlanan pilotsuz "Spektr" raketi buraxıldıqdan təxminən 40 saniyə sonra tüstü ilə partlayıb. Hadisə zamanı xəsarət alan və ya dağıntılar qeydə alınmasa da, şirkət sınaq uçuşunu uğurlu hesab edib.

Isar Aerospace şirkətinin baş direktoru və həmtəsisçisi Daniel Metzler açıqlamasında: 

"İlk sınaq uçuşumuz bütün gözləntilərimizi doğrultdu və böyük uğurla keçdi. Təmiz havaya qalxdıq, 30 saniyə uçduq və "Uçuş Sonlandırma Sistemimizi" təsdiqlədik",-dedi.

Şirkət, əldə edilən məlumatların gələcək buraxılış cəhdləri üçün vacib olduğunu bildirdi.

 

Mənbə: Haber Global
Çimnaz Telmanqızı