Brent neft qiymətlərində eniş!

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:19 31.03.2025

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barelinin qiyməti 72,56 dollara satılır.

 

 

ABŞ Prezidenti Donald Trampın Rusiya və İrana qarşı əlavə rüsumlar və sanksiyalarla hədələməsi neft bazarlarında dalğalanmalara səbəb olub. Rusiya Przidenti Vladimir Putinin Ukrayna ilə bağlı açıqlamalarına reaksiya verən Tramp, Moskvanın atəşkəsə razılaşmadığı təqdirdə Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edəcəyini açıqlayıb. Bu sanksiyaların Rusiyadan neft idxal edən ölkələrin ABŞ-lə ticarət edə bilməyəcəyini ifadə edən Tramp, atəşkəs əldə olunmazsa, sanksiyaların bir ay ərzində qüvvəyə minəcəyini bildirib.

 

ABŞ-də neftə tələbat artır

 

ABŞ Enerji İnformasiya Administrasiyasının son məlumatlarına görə, ölkədəki kommersiya xam neft ehtiyatları 3,3 milyon barrel azalaraq 433,6 milyon barrelə düşüb. Bu, analitiklərin 1,5 milyon barel artım gözləntilərinin əksinə olaraq ölkədə neftə tələbatın artdığını göstərir. ABŞ-nin neft tələbinin artması qiymətlərin enməsini məhdudlaşdırır.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova