İtaliyada Tesla satışı mərkəzində 17 avtomobil yandı

Tarix: 21:50 31.03.2025
İtaliyanın paytaxtı Romadakı Tesla dilerində səhər saatlarında baş verən yanğın nəticəsində 17 avtomobil külə döndü.
Milli mətbuatda yer alan xəbərlərə görə, paytaxtın şərqində yerləşən Terranova bölgəsində, Serracapriola küçəsindəki Tesla dilerində (satışı mərkəzində) saat 04:30 radələrində naməlum səbəbdən yanğın baş verib.
Yanğınsöndürənlərin saatlarla davam edən müdaxiləsindən sonra yanğın söndürülüb və hadisədə xəsarət alan olmayıb. Lakin 17 avtomobil yanaraq məhv olub.
ABŞ daxil olmaqla, bir çox ölkədə Tesla dilerləri (satışı mərkəzi) və obyektləri şirkətin səbəb olduğu iqlim böhranının fəsadlarına görə təzminat ödəməli olduğu iddiası ilə etiraz və hücum dalğası ilə qarşı-qarşıya qalır.
İtaliyada da bir müddət əvvəl Milan şəhərindəki Tesla dilerinin (satışı mərkəzinin) qarşısında bəzi aktivistlər etiraz aksiyası təşkil ediblər.
Mənbə :TRT Haber
Nigar Həsənzadə