Azərbaycanda qan donorlarının sayı artıb

Tarix: 14:50 07.07.2025
Bu ilin ilk 6 ayı ərzində Səhiyyə Nazirliyinin Respublika Qan Bankına və onun regional bölmələrinə ümumilikdə 62 minə yaxın şəxs qan donorluğu üçün müraciət edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olduğunu göstərir.
Məlumata görə, müraciət edən şəxslərin 61 mindən çoxu donor olmaq üçün uyğun hesab edilib və onlardan qan götürülüb.
Müraciət edən şəxslərin 80 faizdən çoxunu kişilər təşkil edib. Ən çox müraciətin isə 29–50 yaş aralığında olan şəxslər tərəfindən edildiyi bildirilib.
Qeyd edilib ki, donorluğa uyğun olmayan şəxslərin əsasən aşağıdakı səbəblərə görə kənarlaşdırıldığı müəyyən edilib:
Son dövrlərdə aparılmış hicama prosedurları;
Diş implantasiyası və ya digər stomatoloji müdaxilələr;
Transmissiv infeksiyalar riski və ya müvafiq xəstəliklər üzrə şübhələr.