Azərbaycanda "çoxuşaqlı ailə" statusu

Tarix: 21:50 01.04.2025
Hazırda Azərbaycan üçün aktual sosial məsələ məhz "çoxuşaqlı ailə" statusu barəsindədir. Bundan öncə isə 5 və ya daha uşaq olan ailə "çoxuşaqlı ailə" adını alırdı, ancaq indi bu sayın 3-ə düşəcəyi deyilir.
Bu barədə sosioloq Mail Yaqub "İnformator.az"a açıqlama verib.
O qeyd edib ki, belə bir qərar indiki vəziyyət üçün tamamilə məqsədəuyğundur, vacibdir, lazımdır:
"Bu qərar verilsə, Azərbaycanda uşaq sayının artmasına töhvə vermiş olacaq. Çünki mövcud vəziyyət heç də xoşagələn deyil. Bu vəziyyət uzun müddət davam edərsə, Azərbaycan əhalisinin sayının azalması müşahidə oluna bilər".
Müsahibimizin sözlərinə görə, Azərbaycan bu qərara razı vəziyyətdədir:
"Əgər “çoxuşaqlı ailə" meyarı 5 uşaqdan 3 uşağa endirilsə, bu qərar tezliklə qəbul olunsa, dövlətin həmin 3 uşaqlı ailələrə xüsusi təşviqedici güzəştləri olsa, bu həm də Azərbaycan əhalisinin artmasına töhvəsini verəcək. Qərarın tezliklə baş tutması arzuolunandır, çünki bu həqiqətən də vacibdir".
Zəhra Möhübbətova