“Boykota dəstək verən kanallara qarşı lazımi tədbirlər görüləcək”

Bölmə: Dünya › ,
Tarix: 21:52 02.04.2025

RTÜK sədri Ebubekir Şahin:
"Boykot çağırışı edən, boykota dəstək verən kanallar və verilişlər monitorinq və qiymətləndirmə ekspertlərimiz vasitəsilə izlənilir və lazım olanlar ediləcək",-dedi.

 

RTÜK sədri Ebubekir Şahin, İstanbul Böyükşehir Belediyesinə qarşı aparılan korrupsiya araşdırmalarından sonra başladılan boykot çağırışları ilə bağlı açıqlama verib:

"Milli iqtisadiyyatı hədəf alan boykot çağırışları ilə Türkiyənin dəyər və nailiyyətlərini sarsıtmağa cəhdlər edilir. Bununla belə, bu böyük millət öz əməyini, istehsalını və dəyərlərini qorumağa davam edəcək. Cəmiyyətimizdəki möhkəm iradə və güc birliyimizi itirdi. Milli və mənəvi həssaslığa hörmət edən yayımı təşviq etməyə davam edəcəyik və ölkəmizin güclü media strukturunu qorumaq əzmindəyik, monitorinq və qiymətləndirmə ekspertlərimiz vasitəsilə izləniləcək və xalqımıza zərər vurmaq istəyənlər üçün lazımi tədbirlər görüləcək".

 

Mənbə: TRT Haber
Məhərrəmli Xədicə