“Çin ilə yaxşı danışıqlar aparırıq”

Tarix: 21:56 19.04.2025
ABŞ Prezidenti Donald Tramp, Çin ilə yaxşı danışıqlar apardıqlarını bildirib. Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün göstərilən diplomatik səylərlə bağlı verilən suala cavabında, tərəflərdən birinin razılaşmanı çətinləşdirməsi halında bu səylərdən imtina edəcəklərini qeyd edib.
ABŞ Prezidenti Tramp Dr. Mehmet Özün Medicare və Medicaid Xidmətləri Mərkəzlərinin Direktoru kimi andiçmə mərasimindən sonra jurnalistlərin Rusiya-Ukrayna müharibəsi və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
Tramp ABŞ Dövlət katibi Marco Rubionun Rusiya-Ukrayna razılaşmasının bir neçə gün ərzində tamamlanmalı olduğu, əks halda ABŞ-nin öz yoluna davam edəcəyi ilə bağlı açıqlamasını da dəyərləndirib.
“Biz bu məsələni tez bir şəkildə həll etmək istəyirik. Müəyyən bir gün sayı demirik, amma müharibənin tezliklə başa çatmasını görmək istəyirik. Rusiya-Ukrayna danışıqları hazırda nəticəyə yaxınlaşır. Bu razılaşmanı əldə etmək üçün həqiqətən yaxşı bir şansımız var”, – deyə Tramp bildirib və hər iki tərəfin razılığa gəlmək üçün addım atmalı olduğunu vurğulayıb.
Mənbə:Haber Global
Nuray Əliyeva