Liviyada Lokerbi partlayışı xəbərçisi həbs edilib

Bölmə: Dünya › ,
Tarix: 21:01 03.04.2025

 

Ölkəsinin kəşfiyyat xidmətini Lokerbi partlayışı ilə əlaqələndirən sənədləri dərc edən liviyalı yazıçı və siyasətçi milli təhlükəsizlik ittihamı ilə həbs edilib.

 

Samir Şeqvara BBC-nin bu sənədlərin Pan Am 103 uçuşunu vuran bomba hazırlamaqda ittiham olunan liviyalıya qarşı dəlil təşkil edə biləcəyini bildirməsindən iki gün sonra nəzarətə götürülüb.

 

Şübhəli Əbu Aqila Məsud Xeyr Əl-Marimi Vaşinqtonda mühakimə olunub və 1988-ci ilin dekabrında 270 nəfərin ölümünə səbəb olan hücumda iştirakını inkar edib.

 

Sənədlər həmçinin 1989-cu ildə Sahara səhrasında qəzaya uğrayan və daha 170 nəfərin ölümünə səbəb olan Fransız təyyarəsinin məhv edilməsində Liviya agentlərinin rolunu qeyd edir.

 

Cənab Şeqvara bildirib ki, onlar 2011-ci ildə polkovnik Qəddafi rejiminin süqutundan sonra Liviyanın keçmiş kəşfiyyat rəhbəri Abdullah Senussinin arxivindən götürülüblər.

 

Onların məzmunu bu ilin yanvarında Fransada cənab Şeqvaranın və fransız araşdırmaçı jurnalistləri Karl Laske və Vinsent Nouzilin həmmüəllifi olduğu “Xilas edilməli olan qatil” kitabında dərc edilib.

 

Kitabın naşirləri bildiriblər ki, cənab Şeqvara "hüquqi əsas olmadan məxfi təhlükəsizlik sənədlərinə sahib olmaq iddiası ilə" məhkəmə prosesi ilə üzləşib.

 

BBC

Nəzrin Məmmədova