Biləsuvarda iki yanğın hadisəsi baş verib
Bölmə: Hadisə › ,Tarix: 12:43 21.11.2015
Biləsuvar rayonu, Günəşli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və içərisində yığılmış 15 ton ot bağlamasının 2 tonu yanıb.
İnformator FHN-ə istinadən xəbər verir ki, köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan məktəb ləvazimatları satışı mağazasında qeydə alınıb. Mağazanın lambirdən ibarət tavanı və içərisindəki mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.