Nazir Fidan NATO toplantısına qatılacaq

Bölmə: Dünya › ,
Tarix: 21:43 03.04.2025

Xarici İşlər Naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçiriləcək Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

 

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Hakan Fidan bu gün NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçiriləcək Şimali Atlantika Şurasının iclasında yalnız NATO müttəfiqlərinin iştirakı ilə rəsmi işçi formatında iştirak edəcək.

 

Daha sonra nazir Fidan NATO Xarici İşlər Nazirlərinin ailə fotosunda yer alacaq.

 

Fidan NATO-nun Asiya-Sakit okean tərəfdaşları Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə keçiriləcək Şimali Atlantika Şurasının sessiyasına, daha sonra rəsmi işçi nahar formatında keçiriləcək NATO-Ukrayna Şurasının sessiyasına qatılacaq.

 

Nazir Fidanın Almaniyanın xarici işlər naziri Annalena Baerbok, Ukraynanın xarici işlər naziri Marko Rubio və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə